1913-cü ildən gözlənilən körpə doğulub. ANS PRESS-in məlumatına görə, İngiltərədə 1/10 000 ehtimalı olan hadisə gerçəkləşib. İngiltərədəki Silverton ailəsində 101 ildən sonra ilk dəfə qız uşağı doğulub. Bu qeyri-adi ailədə 4 nəsil ancaq oğlan uşaqları doğulub. Körpə 43 yaşlı Ceremi Silverton və 36 yaşlı Daniella Andresin ailəsində doğulub. Poppi adlandırılan körpə ölkənin gündəminə düşüb. Körpənin atasının sözlərinə görə, ultrasəs müayinəsi zamanı həkim körpənin cinsiyyətini açıqlayanda onlar qulaqlarına inanmayıblar. Ailə başçılarını qız nəvələrinin doğulacağına inandırmaqda elə asan olmayıb. Bu illər ərzində ailədə bir dənədə olsun qız uşağı dünyaya gəlməyib. Ailənin ən axırıncı qızı doğulanda İngiltərə kralı 6. Corc olub. O zaman ölkədə qadınların səsvermə hüququları yox idi və I Dünya müharibəsi hələ başlamamışdı.
Mənbə: ANS PRESS