“Tibbi sığorta ilə bağlı hazırlıq işləri gedir. Yəqin ki, yaxın zamanlarda bu sistemə keçid başlanılacaq”.ANS PRESS-in məlumatına görə, bu sözləri Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, əvvəl bu pilot şəklində həyata keçiriləcək. Sonradan isə tibbi sığorta bütün respublikanı əhatə edəcək: “Tibbi sığorta məsələsi xarici ölkələrdə də ilk illərdə problemlərin yaranmasına səbəb olub. Elə ölkələr var ki, orada tibbi sığorta tətbiqi başlayıb və sonradan yaranan problərdən dayanıb, daha sonra isə yenidən bərpa edilib. Ona görə də biz çalışırıq ki, ən uyğun modeli seçək”.Nazir müavini qeyd edib ki, artıq tibi sığorta ilə bağlı model də seçilib və həmçinin qanunvericilik aktları da hazırlanıb.
Mənbə: ANS PRESS