Qadin.NET / Sarkisyanın boşboğazlığı

Sarkisyanın boşboğazlığı

 

Sarkisyanın boşboğazlığı

Öz problemlərini başqasını boynuna yıxmaq. Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin baş Assambleyasındakı 69-cu iclasında çıxışını belə xarakterizə etmək olar. O, yenə bütün günahlarda Azərbaycanı ittiham edib. Sarkisyan deyib ki, o rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneə törətdiyini düşünür. 
O, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən də danışıb və Azərbaycanı özünə sərf edən kimi təqdim etməkdə ittiham edərək məzəmmət edib. 
Xatırladaq ki, bu sənədlərdə söhbət atəşin dayandırılmasından, münaqişə zonasından bütün erməni silahlı qüvvələrinin çıxarılmasından gedir. İrəvan bu tələblərə etinasız yanaşır. 
Beynəlxalq ictimaiyyətin isə görünür ki, işğalçının cilovunu çəkmək üçün gücü yetməyib. Bir məqama da diqqət çəkək - Ermənistan prezidenti Dağlıq Qarabağdan danışanda heç vaxt ölkəsinin daha 7 Azərbaycan rayonunu işğal etməsini qeyd etmir. Həqiqətəndə erməni prezidentinin boşboğazlığı sərhəd tanımır. 
Hər şeydə Azərbaycanı ittham etməklə o Ermənistanın özündə yaranmış ictimai narazılıq alovunun qarşısını almağa çalışır.
Bir müddət öncə Moskva-İrəvan teleforumundə Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenko və Ermənistandakı "İnteqrasiya və inkişaf" analitik mərkəzinin sədri Aram Safaryan həyəcanla ölkədə vətəndaş müharibəsi təhlükəsindən danışıb. 
Ekspertlərin çoxu düşünür ki, hər şeydən öncə bunun günahı ölkədə hər gün gərginləşən iqtisadi vəziyyət, işsizlik, qiymət artımı, Ermənistanı tərk edənlərinins sayının çoxalması, məktəblərin boşalmasındadır. 
"Aykakan Jamanak" qəzetinin yazdığına görə, hətta iş o yerə çatıb ki, Ermənistanın yeni baş naziri Ovik Abramyan bildirib ki, yeni hokumətə rəhbərlik etməklə bağlı prezidentin təklifini qəbul etməklə səhv edib. 
Serj Sarkisyan isə yenə də aldatmaq və həm beynəlxalq ictimaiyyəti, həm də erməni xalqını yanıltmaq üçün imkan düşən kimi Azərbaycanı günahlandırır. 

Mənbə: ANS PRESS

 

25 sentyabr 2014
GO BACK