Qadin.NET / Azərbaycanda hərbi çağırışla bağlı YENİLİK

Azərbaycanda hərbi çağırışla bağlı YENİLİK

 

Azərbaycanda oktyabr ayından vətəndaşların həqiqi hərbi xidmətə çağırışı sistemində daha bir yenilik tətbiq ediləcək

Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov məlumat verib.
N.Heydərovun sözlərinə görə, yenilik SMS məlumatlandırması ilə bağlıdır.
Belə ki, çağırışçılar 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edərək hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdüklərini öyrənə biləcəklər.
Artıq sistemdə tamamlama işləri aparılır.
Çağırışçılar 9100 nömrəsinə bütün mobil operatorlardan qısa mesaj göndərə biləcəklər.

Mənbə: Milli.Az

 

25 sentyabr 2014
GO BACK