Qadin.NET / Bu gün leysan yağacaq

Bu gün leysan yağacaq

 

Bu gün leysan yağacaq

Sentyabrın 25-də havanın temperaturu 5-10 dərəcə düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANS PRESS-ə açıqlamasında bildirib ki, sentyabın 25-i Bakıda və Abşeron yarımadasında havanın buludlu keçəcəyi, fasilələrlə yağış yağacağı, gecə şimşək çaxacağı ehtimal olunur. 
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Temperaturun gecə 18-20°, gündüz 20-24° olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa qalxacaq, nisbi rütubət 75-85% təşkil edəcək.
Rayonlarda, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Aran rayonlarında gecə 15-20°, gündüz 22-27°, dağlıq ərazilərdə gecə 3-8°, gündüz 8-13° isti olacağı gözlənilir.

Mənbə: ANS PRESS

 

24 sentyabr 2014
GO BACK