Azərbaycan elminə ağır itki üz verib. Tanınmış professor Nurqələm Mikayılov84 yaşında dünyasını dəyişib. Fəlsəfə elmləri doktoru, professor N.Mikayılov Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix və sosial-siyasi fənlər kafedrasının müdiri işləyirdi.
N.Mikayılov 1930-cu ildə Şamaxı rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, Şamaxıda kənd məktəbində müəllim işləyib. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri işləyir. Onlarla kitabın və elmi-metodiki vəsaitin müəllifidir.
Gülər.
Mənbə: Milli.Az