Qadin.NET / Azərbaycanda daha dörd rayonun işi ASANlaşacaq

Azərbaycanda daha dörd rayonun işi ASANlaşacaq

 

Bu ilin sonuna kimi Sabirabad və Bərdədə "ASAN Xidmət" mərkəzlərinin açılması gözlənilir

Trend xerir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.
İ.Kərimov deyib ki, hazırda ölkə Prezidentin tapşırığına əsasən, Sabirabad və Bərdədə "ASAN Xidmət" mərkəzlərinin açılması üzrə intensiv işlər həyata keçirilir: "Bu ilin sonuna qədər həmin mərkəzlərin açılması nəzərdə tutulur. Eyni zamanda, Masallı və Qəbələdə də mərkəzlərin tikintisinə başlanılıb. Yaxın müddətdə regionlarda da "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladıqdan sonra bütün respublika üzrə ərazi məhdudiyyəti tam aradan qaldırılacaq".
O, həmçinin qeyd edib ki, səyyar "ASAN xidmət"lərin göstərilməsi üçün əlavə 8 avtobusun alınması nəzərdə tutulur: "Artıq 2 avtobus növbəti aylarda fəaliyyətə başlayacaq. İlin sonuna kimi digər avtobuslar da fəaliyyət göstərəcək. Avtobuslar vasitəsilə mərkəzin olmadığı şəhər və kəndlərdə vətəndaşlar xidmətlərdən rahat şəkildə faydalana biləcəklər".

Mənbə: Milli.Az

 

25 sentyabr 2014
GO BACK