Qadin.NET / Prezidentin nəvələri məktəbdə

Prezidentin nəvələri məktəbdə

Prezidentin nəvələri məktəbdə
Prezident İlham Əliyevin nəvələrinin yeni fotosu yayılıb. ANS PRESS-in məlumatına görə, fotolar dövlət başçısının böyük qızı Leyla Əliyevanın adını daşıyan Facebook səhifəsində paylaşılıb. Yeni fotoda əkizlər Əli və Mikayıl ataları Emin Ağalarovla əks ediliblər. Əllərində gül dəstəsi olan balacalar Azərbaycanın dövlət rəmzləri - bayraq, himn və gerbin fonunda dayanıblar. Emin Ağalarov İnstagram səhifəsindəki fotonu belə şərh edib. "Bir az gec olsa da nəhayət məktəbdə ilk gün". Qeyd edək ki, əkiz olan Əli və Mikayıl prezidentin böyük qızı Leyla Əliyevanın övladlarıdır. Dövlət başçısının nəvələrinin şəkilləri müntəzəm olaraq valideynlərinin sosial səhifəsindəki səhifələrində paylaşılır.

Mənbə: ANS PRESS 

24 sentyabr 2014
GO BACK