Qadin.NET / Türkiyə İŞİD-lə döyüşə qoşulur

Türkiyə İŞİD-lə döyüşə qoşulur

 

Türkiyə İŞİD-lə döyüşə qoşulur

"Türkiyə İŞİD-ə qarşı əməliyyatlara dəstək ola bilər, buna siyasi və hərbi metodlar da daxildir."
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərə müsahibəsində bildirib.
“Keçirilən əməliyyatlara pozitiv baxırıq. Bunlar fasilə olmadan getməlidir. Bizim isə İŞİD-ə qarşı əməliyyatlara dəstəyimiz hərbi və ya siyasi ola bilər”- deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan eləcə də bildirib ki, onun bu məsələni Barak Obamayla müzakirə etməyə imkanı yoxdur.
“Türkiyə üzərinə düşən vəzifəyə əsasən İŞİD-lə döyüşlərdə əlindən gələni edə bilər. Hər hansı bir addım atdıqda regionda Suriya və İraqı bir bütöv kimi götürmək lazımdır. Barak Obama belə addım atdı və bu düz yanaşma idi”- deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə İŞİD-ə qarşı əməliyyatları necə dəstəkləyəcəyi barədə qəti mövqe bildirməyib. Əvvəlcə Ankarınının aktiv fəaliyyətinə Mosulda olan Türkiyə konsulluğunun 49 vətəndaşının İŞİD-in əlində girov saxlanması idisə, 20 sentyabrda türkiyə kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində onlar azad edilib.

Mənbə: ANS PRESS

 

24 sentyabr 2014
GO BACK