Rusiya qanunvericiliyini pozduğu üçün 1 milyona yaxın əcnəbinin bu ölkəyə girişi qadağan edilib.ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Federal Miqrasiya Xidmətinin sədri Konstantin Romodanovski açıqlama verib."Bu gün 990 mindən çox xarici vətəndaş üçün giriş qadağan edilib. Təbii ki, bu siyahıya MDB ölkələri liderlik edir. Ölkəyə girişi qadağan edilən əcnəbilər əsasən Özbəkistan (40%), Tacikistan (20%-ə qədər), Qırğızıstan və Azərbaycandandır", deyə Romodanovski bildirib.FMX sədrinin sözlərinə görə, Rusiya qanunvericiliyini pozanların ölkəyə girişin qadağan edilməsi effektiv nəticə verir."Biz bu il Mərkəzi Asiyadan kütləvi gəlişi çox yüksək faizlə azaltdıq. Girişin bağlanması qanunsuz miqrasiyada və qanunsuz əmək fəaliyyətində effektiv nəticələr verdi", deyə Federal Miqrasiya Xidmətinin sədri qeyd edib.
Mənbə: ANS PRESS