Fəsil dəyişkənliyi ilə əlaqədar uşaqlar arasında yayılan infeksion xəstəliklər baş qaldırır. ANS TV-nin məlumatına görə, Bakıda yayılan qrip virusu artıq ciddi problem alıb. Əsasən də uşaqlar arasında yayılan qrip artıq valideynlərin narahatlığına səbəb olub. Həkimlər deyir ki, bu xəstəlik mövsümi xarakter daşıyır. Xəstəlik özünü ilk əvvəl yüksək tepmeratur ilə biruzə verir. Daha sonra uşaqlarda halsızlıq, zəiflik və iştahasızlıq yaranır ki, bunun da qarşısı vaxtında alınmazsa gələcəkdə ciddi fəsadlara yol açmış olar. Ona görə də qripin ilkin əlamətləri hiss olunduqda insanlar mütləq həkimə müraciət etməli və dəqiq diaqnoz əsasında müalicə aparılmalıdır.Həkim Xatirə Abdulxaliqova deyir ki, bu tip xəstəliklər uşaqlarda öskürəklə müşahidə olunur və sonradan bu ciddi xəstəliklərə də yol açır. Tibbi ekspert Adil Qeybulla qeyd edir ki, bu fəsildə insanlar diqqətli olmalıdırlar. Yəni havaya uyğun geyinməli və düzgün qidalanmalıdırlar.Odur ki, valideynlər daha da diqqətli olmalıdırlar. Övladlarında virus əlamətləri görən kimi ilk əvvəl gedəcəkləri ünvan xəstəxana olmalıdır. Əks halda gələcəkdə daha da ciddi problemlərlə qarşiıaşmış olarlar.
Mənbə: ANS PRESS