[center][/center]Aran rayonlarında iri buynuzlu mal-qara arasında təqribən iki ay əvvəl özünü büruzə verən xəstəlik davam etməkdədir.ANS TV-nin məlumatına görə, Afrika mənşəli, “Nodulyar dermatit” virusu adlandırılan xəstəliyin əsas əlamətlərindən biri heyvanın dərisində şişlərin əmələ gəlməsidir. İri maldarlıq rayonlarından olan Bərdədə xəstəlik əsasən Kürqırağı kəndlərdə müşahidə olunur. Xəstəlyin geniş yayıldığı kəndlərdən biri də Bərdənin Nazırlı kəndidir.
“Heyvanı ötürürük örüşə gələndən sonra baxırıq ki, heyvan bikefdir - axsayır, o saat bilirik ki, xəstələnib. Ağzından su axır. Gəlib baxırsan qızdırması var və ya ayağı şişib. Bir aya təmiz əldən düşür” – deyə kənd sakini Lamizər Sahibova qeyd edib.
Mənbə: ANS PRESS