Qadin.NET / Obamadan dünya ölkələrinə çağırış

Obamadan dünya ölkələrinə çağırış

 

Obamadan dünya ölkələrinə çağırış

ABŞ prezidenti Barak Obama və dünyanın başqa ölkələrinin liderləri Yer kürəsini təhlükəli istixanə qazlarının təsirindən qorumaq məqsədilə qlobal səviyyədə yeni öhdəliklərin qəbul edilməsinə çağırır.Obama BMT-nin İqlim sammitində çıxışı zamanı deyib ki, dünyada atmosferə ən çox tullantıların atıldığı ikinci ölkə olan Birləşmiş Ştatlar ətraf mühitin çirklənməsinə görə məsuliyyəti öz üzərinə götürür, lakin başqa ölkələr də iqlim dəyişməsi probleminin həlli istiqamətində birgə iş aparmalıdır.“Həyəcan təbili çalınır, bizim vətəndaşlar yürüş keçirir. Biz özümüzü onları eiştmədiymiz kimi göstərə bilmərik. Biz bu çağırışa cavab verməliyik”-deyə cənab Obama bildirib.ABŞ lideri məruzə etməzdən əvvəl dünyada atmosferə ən çox tullantıların atıldığı Çinin baş nazirinin müavini Tsyanq Qaoli ilə görüşdüyünü deyib. Obama görüş zamanı dünyanın iqtisadi baxımdan inkişaf etmiş iki ən böyük ölkəsinin istixanə qazlarının atmosferə atılmasının qarşısının alınması səylərinə başçılıq etmək kimi məsuliyyəti üzərinə götürmək haqda razılığa gəlidyini deyib.Obama bildirib ki, ABŞ qarşıya 2020-ci ilə qədər havaya atılan istixanə qazlarının həcmini 2005-ci illə müqayisədə 17 faiz azaltmaq kimi bir məqsəd qoyub. 28 ölkənin daxil olduğu Avropa İttifaqı isə 2030-cu ilə qədər tullantıların 40 faiz azaldılması istiqamətində iş aparıldığını bildirir. 
Mənbə: ANS PRESS

 

24 sentyabr 2014
GO BACK