Qadin.NET / Çoxuşaqlı ailələr bunu bilməlidir

Çoxuşaqlı ailələr bunu bilməlidir

 

Çoxuşaqlı ailələr bunu bilməlidir

Çoxuşaqlı ailələrə verilən müavinətlərdən bixəbər olanlar var. Çoxuşaqlı ana adına sahib olan Kəmalə Xəlilova ikinci sinifdən uşağın məktəbə gedə bilmədiyini deyir. Onun sözlərinə görə, imkansızlıqdan 4 uşaqdan heç birini məktəbə qoya bilməyib. Çünki çatdırıb onlara palatar ala bilmir. Bundan başqa Kəmalə Xəlilova həyat yoldaşının aldığı məvacibin onlara çatmadığını da deyir.İmkansızlıqdan, hətta iki övladı təhsil almaq hüququndan da məhrum olub. Ailə bütün üzvləri ilə birgə bu bir otaqlı mənzildə yaşayır. Özü də olduqca acınacaqlı və çətin şəraitdə. Bu gün ölkədə bu cür ailələrimn sayı kifayət qədərdir.ANS TV-nin məlumatına görə, qanunla çoxuşaqlı ailələrə, xüsusilə də 5-dən artıq övladı olan analara hər uşağa görə ayda 30 manat müavinət ayrılır. Qaydalara görə, bu müavinət ailənin son beşiyi bir yaşına çatarsa, verilir və uşaqlar 18 yaşına çatana qədər qüvvədədir.Amma çox təəssüf ki, bu gün belə bir müavinətin verilməsindən bixəbər olanlar, o cümlədən onu almaq üçün gecikənlər də var.Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür gecikən müraciətləri toplayır və həmin ailələri müvafiq müavinətlə təmin edir. Nazirliyin Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ilin hər rübündə belə müavinətlərlə bağlı müraciətlərin sayının artdığını deyir.Özü də bu müavinəti almaq üçün heç də saysız hesabsız sənədə ehtiyac yoxdur. 5-dən çox övladı olub, hələ də bu müavinəti ala bilməyən şəxslər uşaqların doğum haqqında şəhadətnaməsi və ailə tərkibi haqqında arayışla nazirliyin yerlərdəki şöbələrinə müraciət edə bilərlər.

 

Mənbə: ANS PRESS 

24 sentyabr 2014
GO BACK