Qadin.NET / Yaponiya Putinə dəvəti geri çağırdı

Yaponiya Putinə dəvəti geri çağırdı

 

Yaponiya Putinə dəvəti geri çağırdı

Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putini bu ilin payızında ölkəyə səfərə dəvət etməkdən imtina edib.Rusiya liderinin Tokioya səfəri 2015-ci ilin yazına və ya daha da gec tarixədək təxirə salına bilər, deyə Kyodo nəşri xəbər verib.ANS PRESS-in məlumatına görə, bu qərarın səbəbi Rusiyanın Ukraynada fəaliyyətilə bağlı Yaponiyanın elan etdiyi sanksiyalar ucbatından ikitərəfli münasibətlərdə yaranmış gərginliklə əlaqəlidir.Nəşrin məlumatına görə, Vaşinqton Moskva ilə Qərbin münasibətlərinin Ukrayna bohranına görə gərginləşdiyindən Tokiodan Putinin səfərini təxirə salmağı xahiş edib.Bu təqdirdə Putinin Yaponiyaya səfərinin yeni tarixi Moskvanın Tokionun əsas müttəfiqi olan ABŞ ilə münasibətlərinin vəziyyətindən asılı olacaq.Buna baxmayaraq, ATES təşkilatrının noyabr sammitində Abenin Putinlə görüşəcəyi gözlənilir.Qeyd edək ki, Abe hələ 2013-cü ilin aprelində Putini Yaponiyaya səfərə dəvət etmişdi. Bu ilin yanvar ayında isə Rusiya XİN başçısı Sergey Lavrov həmin dəvətin qəbul edildiyini bildirmişdi. 
Mənbə: ANS PRESS

 

24 sentyabr 2014
GO BACK