Bir müddət əvvəl Avropanın şərq hissəsində müşahidə olunan yağıntılı hava indi də Pireney yarımadasında özünü göstərməyə başlayıb.ANS TV-nin məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda aramsız yağan yağış daşqına səbəb olub. Daşqın suları şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətini iflic edib. Şəhər əhalisi gün ərzində müxtəlif alternativ yollardan istifadə etməli olub. Bəzi küçələrdə suyun hündürlüyü 2 metrə çatıb. Onlarla avtomobil suyun altında qalıb. Vəziyyətlə əlaqədar şəhərdə əksər yerlərdə elektrik kəsintiləri qeydə alınıb.Valensiya şəhərində isə 1 saat ərzində hər kvadrat metrə 60 litr yağıntı düşüb.Yağıntı şəhərin mərkəzi hissəsində gölməçələr əmələ gətirib. Şəhər rəhbərliyi vəziyyətlə əlaqədar narıncı həyəcan siqnalı elan edib.
Mənbə: ANS PRESS