Qadin.NET / 3 gündə 10 milyon iPhone 6 satıldı

3 gündə 10 milyon iPhone 6 satıldı

 

Apple şirkəti on birinci dalğa ölkəsində ilk üç satış günündə 10 milyondan çox iPhone 6 və iPhone 6 Plus smartfonu satıb. Bu haqda Appleın saytında yazılıb.  

Müqayisə üçün, şirkət 2013-cü ildə üç gündə bazarda 9 milyon iPhone, 2012-ci ildə 5 milyon satıb. Beləliklə, Apple yeni rekorda imza atıb. 
Milli.Az İCTnevs-a istinadən bildirir ki, Apple yeni nəsil iPhone smartfonlarını sentyabrın 9-da nümayiş etdirib və sentyabrın 19-da qurğu ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Honkonq, Kanada, Puerto-Riko, Sinqapur, Fransa və Yaponiyada satışa çıxarılıb. 
Amma şirkət etiraf edib ki, tədarükçülər tələbatı təmin etmək üçün kifayət qədər smartfon istehsal etməyə nail olmayıblar. 
Sentyabrın 26-dan iPhone 6 və iPhone 6 Plus smartfonları daha 20 ölkənin bazarına çıxarılcaq. Apple ilin sonunadək yeni modellərin 115 ölkədə əlçatan olacağına dair söz verib.
Mənbə: Milli.Az

 

24 sentyabr 2014
GO BACK