Paytaxtdan birbaşa ABŞ – ın ən iri şəhəri olan Nyu Yorka uçacaq hava gəmisi artıq bəllidir. İlk uçuş “Airbus-A 340” tipli hava gəmilərində yerinə yetiriləcək.
ANS TV-nin məlumatına görə, təyyarə test olaraq ilk dəfə Türkiyənin Antalya şəhərinə uçub. Müasir texnologiya ilə təmin olunan təyyarə 270 sərnişin tutumuna malikdir. Oturacaqlar müxtəlif audio monitorlarla təmin edilib. Hər bir sərnişin oturacaqda qoyulmuş pult vasitəsilə ya oyun oynayır, yada istədiyi filmi seçib izləyə bilər. Hava gəmisinin hər salonuna iki təyyarə bələdçisi xidmət edir. Elə sərnişinlərdən bu rahatlıqdan məmnun qaldıqlarını dedilər.
Sərnişin Raki Şəfi Bakıdan Nyu-Yorka birbaşa uçuşun olmasına sevindiyini və təyyarənin çox rahat olduğunu deyir.
Məlumunuz olsunki, avialayner sabah saat 06:00- da paytaxtdan Nyu Yorkun Kennedi hava limanına uçuş edəcək. Uçuşlar isə hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Paytaxtdan Nyu Yorka cəmi 12 saata çatmaq mümkün olacaq. Artıq bütün yerlərə biletlər satılıb. Onu da deyim ki, biletlərin satışına avqustun 1-dən başlanılıb. Bir nəfərin ABŞ–a yalnız gedişi 600 manatdır. İki tərəfli bilet sifariş verərəkən isə 1200 manat ödəməlisən.