Qadin.NET / Məktəblərdə hicab qadağası ləğv edildi

Məktəblərdə hicab qadağası ləğv edildi

 

Məktəblərdə hicab qadağası ləğv edildi

Türkiyədə daha bir dini qadağa ləğv edilib.
ANS PRESS-in məlumatına görə, Türkiyə höküməti orta məktəblərdə qızların hicab geyməsinə qoyulan qadağa aradan götürüb. Baş nazirin müavini Bülənt Arinç bu barədə verdiyi açıqlamasında bildirib ki, 5-ci sinifdən başlayaraq qızlar baş örtüyü geyə bilərlər.
Türkiyə baş naziri Əhməd Davudoğlu bunu demokratikləşmə adlandırıb.
Qeyd edək ki, hökümətin bu qərarı Türkiyədə birmənalı qarşılanmayıb. 
Türkiyədə universitetlərdə hicab qadağası 2008-ci ildə ləğv edilib.

Mənbə: ANS PRESS

 

23 sentyabr 2014
GO BACK