Qadin.NET / Azərbaycan Ordusunun iki əsgəri şəhid oldu

Azərbaycan Ordusunun iki əsgəri şəhid oldu

 

Sentyabrın 23-də saat 14.30 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar. 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən tərəfindən atılan snayper atəşindən həlak olub. 
Hadisə ilə bağlı cinayət işi başlanıb. 
Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Daha bir əsgərimiz isə xəstəlikdən dünyasını dəyişib. 
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 23-də saat 13.20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin 1996-cı il təvəllüdlü, Yevlax rayonundan hərbi xidmətə çağırılmış əsgəriSadıqov Pərviz Vidadi oğlu infeksion-toksiki şok, hemorragik vaskulit, visseral forma, ildırım sürətli gedişli diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına daxil olub. 
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və xəstə saat 15.35 radələrində vəfat edib. 
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Mənbə: Milli.Az

 

23 sentyabr 2014
GO BACK