Qadin.NET / Bakıda təhsil sərgisi olacaq

Bakıda təhsil sərgisi olacaq

 

Universiteti seçin və görüşü indidən təyin edin!

Bu il Azərbaycan Beynəlxalq Təhsil “Education” sərgisinin təşkilatçıları ziyarətçilər üçün nəzərdə tutulmuş yeni xidmət növünü elan edirlər. İndi abituriyent və tələbələr universitetlərin sərgidə iştirak edən nümayəndələri ilə əvvəlcədən görüş təyin edə biləcəklər. 
Bunun üçün sərginin www.education.iteca.az rəsmi veb-saytından müvafiq təhsil müəssisəsini seçərək görüş üçün münasib vaxtı göstərməklə, xüsusi formanı doldurmaq kifayətdir (görüş üçün müraciət avtomatik şəkildə universitet nümayəndələrinə göndəriləcək).
Beləliklə, universitetlərin nümayəndələri öz eksklüziv təklifləri barədə danışmaq üçün stendlərdə (təyin edilmiş vaxtda) abituriyentlərin yolunu gözləyəcəklər. Bu xidmət ziyarətçilərə sərgidə vaxtdan daha səmərəli istifadə etməyə, eləcə də növbə olmadan və təyin edilmiş qrafik üzrə universitet nümayəndələri ilə danışıqlar aparmağa imkan yaradacaq. 
“Education” sərgisi 10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində start götürəcək. Dünyanın 21 ölkəsindən 120-dən çox iştirakçı bu sərgidə iştirak edəcək. Onlar bakalavr və MBA proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemlərini nümayiş etdirəcəklər. 
Sərginin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir.

Mənbə: Milli.Az

 

23 sentyabr 2014
GO BACK