Qadin.NET / Bakıda marafon olacaq

Bakıda marafon olacaq

Səhiyyə Nazirliyi sentyabrın 27-də Dənizkənarı Milli Parkda ”Sağlamlıq yürüşü” devizi altında marafon keçirməyi planlaşdırır.Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, marafon ürək xəstəlikləri ilə mübarizəyə həsr olunub. İnsanları sağlam həyat tərzi aparmağa, idmanla məşğul olmağa çağıran bu marafonda beş yüzədək insanın iştirakı nəzərdə tutulub.Yürüş qalibləri nazirlik tərəfindən mükafatlandırılacaqlar.

Mənbə: ANS PRESS

23 sentyabr 2014
GO BACK