Qadin.NET / Xəzərdə suitilərinin kütləvi ölümü baş verib

Xəzərdə suitilərinin kütləvi ölümü baş verib

 

Xəzərdə suitilərinin kütləvi ölümü baş verib

Havaların soyuq keçməsi küləyin sürətinin artması ilə də müşayiət olunur. Bu zaman dənizdə yaranan hündür dalğalar suitlərinin sahilə çıxmasına səbəb olur. Amma təəsüf ki, onlar hər zaman yenidən dənizə qayıda bilmirlər. Çünki qayalı sahillərdə onlar ya qayalara çırpılaraq tələf olur ya da hündür dalğalar vasitəsi ilə onların ölmüş cəsədləri sahilə çıxır.
ANS TV-nin məlumatina görə, Növxanı çimərliylərinin sahilində suitlərinin kütləvi ölüm hallarına rast gəlinib. Burda hər 200 m-dən bir ölmüş suiti cəsədləri ilə rastlaşırdıq. Bu ölmüş heyvanlardan gələn pis qoxu, onların təxminən bir həftə bundan əvvəl tələf olduğunu və dalğalar vasitəsi ilə sahilə çıxarıldığını göstərirdi. İlk rastlaşdığımızda suitilərinin qayaya və ya sahildəki dəmir parçalarına çırpılaraq tələf olduğunu düşünsəy də, yaraların yoxluğu bu fikrin üstündən xət çəkdi. Düzü təəcübləndik də. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamenti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, baş vermiş hadisədən məlumatlıdırlar və bu ilk belə hal deyil.
Balıqçılıq Təsərrüfatı İnstitunun elmi işçisi Mehman Axundov deyir ki, Xəzər suitində belə hallar mövsümü xarakter daşıyır: 
“Amma bunun əsas səbəbi qida ehtiyatının, yəni kilkələrin azalması ilə bağlıdır. Əsasən yaz aylarında və sentyabr ayının axırı oktyabır ayının əvvəllərində biz bu cür hallarla rastlaşırıq”.
Qurum nümayəndəsi onu da bildirdi ki, bu hadisə tək bizdə yox eyni zamanda Xəzər dənizinin Rusiya tərəfinə düşən şimal sahillərində də qeydə alınıb. Çünki Xəzər suitiləri nəsil artımı üçün əsasən bu aylardan başlayaraq cənubdan şımala doğru köç edir və bu qış aylarına kimi davam edir. Qida ehtiyyatının az olması isə onları əlavə axtarışla üz-üzə qoyur. Bu zaman isə zəif, qoca suitilər tələf olur və dalğalar vasitəsi ilə sahilə çıxarılır. Daha canlıları isə qışı keçirməyə müvəffəq olur .
Aparılan tədqiqatlar bir zamanlar sayı 1 milyonu keçən suitilərinin hazırda 300 minə yaxın olduğundan xəbər verir. Eyni zamanda 30-40 il yaşayan bu heyvanların ömürləri də qısalaraq 25 ilə enib. Nəzərə alsaq ki, bu suitilər endemikdir, yəni ancaq Xəzər dənizində yaşayır, onları qorumaq üçün təcili tədbirlərin görülməsi vacibdir.

 

Mənbə: ANS PRESS 

23 sentyabr 2014
GO BACK