Qadin.NET / Millimiz dünya çempionatında mübarizəyə başlayır

Millimiz dünya çempionatında mübarizəyə başlayır

Bu gün qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinə start veriləcək.
ANS PRESS-in məlumatına görə, turnirin oyunları İtaliyanın 6 şəhərində - Roma, Triest, Verona, Bari, Modena və Milan-da keçiriləcək.
Yarışda 24 komanda iştirak edəcək. Onlardan biri də Azərbaycan millisidi. Tarixində 3-cü dəfə dünya çempionatına qatılan millimizə bu dəfə Aleksandr Çervyakov başçılıq edəcək. Bundan əvvəlki mundiallarda isə Faiq Qarayev sükan arxasında olub və Çervyakov onun köməkçisi kimi dünya çempionatında iştirak edib.
Milli komandamız D qrupunda mübarizə aparacaq. Bu qrupda Çervyakovun yetirmələri Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba yığmaları ilə mübarizə aparacaq. 
Komandamız İtaliyaya iki ciddi itki ilə yollanıb. Belə ki, komandanın liderləri - hücumçu Natalya Məmmədova və müdafiəçi Valeriya Korotenko mundialda iştirak etməyəcək.
Qeyd edək ki, millimiz ilk dəfə 1994-cü ildə dünya çempionatına qatılıb və 10-cu olub. 2006-cı ildə isə 13-cü yerlə kifayətlənmişik.
Azərbaycan millisinin heyəti
4. Oksana Parxomenko, 14. Kristina Yaqubova, 8. Natəvan Qasımova, 2. Kseniya Kovalenko, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova, 18. Yelizaveta Səmədova, 3. Anastasiya Qurbanova, 5. Odina Əliyeva, 7. Yelena Parxomenko, 17. Polina Rəhimova, 11. Yekaterina Jidkova, 10. Yana Ağayeva, 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova
Bütün qruplar
A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis
B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, Meksika
D qrupu: Yaponiya, Çin, Puerto-Rika, Belçika, Kuba, AZƏRBAYCA
Azərbaycan millisinin oyunlarının təqvimi
D qrupu, Bari
23 sentyabr
I tur
13:30. Çin - Puerto-Rika
20:00. Yaponiya - Azərbaycan
23:00. Kuba - Belçika
24 sentyabr
II tur
13:30. Çin - Azərbaycan
20:00. Belçika - Yaponiya
23:00. Puerto-Rika - Kuba
25 sentyabr
III tur
13:30. Puerto-Rika - Azərbaycan
20:00. Kuba - Yaponiya
23:00. Belçika - Çin
27 sentyabr
IV tur
13:30. Azərbaycan - Belçika
20:00. Yaponiya - Puerto-Rika
23:00. Çin - Kuba
28 sentyabr
V tur
13:30. Azərbaycan - Kuba
20:00. Yaponiya - Çin
23:00. Belçika - Puerto-Rika
Mənbə: ANS PRESS

23 sentyabr 2014
GO BACK