Qadin.NET / Məşhur futbolçu vurduğu qolu nənəsinə həsr etdi

Məşhur futbolçu vurduğu qolu nənəsinə həsr etdi

 

Məşhur futbolçu vurduğu qolu nənəsinə həsr etdi

Futbol üzrə İtaliya A Seriyasında 3-cü turda "Roma" doğma azarkeşləri önündə “Kalyari” klubunu 2-0 hesabi ilə məğlub edib. Görüşdə vurulmuş 2 qoldan birinin müəllifi olan Alessandro Florensi rəqib qapısından keçirdiyi topu maraqlı şəkildə qeyd edib. ANS TV-nin məlumatına görə, Romanın şərəfini qoruyan Florensi qol vurandan sonra tribunaya qalxaraq qolu 82 yaşlı xanıma həsr etdiyini deyib. Sən demə bu xanım Florensinin nənəsi imiş. Futbolçu nənəsinə oyundan öncə verdiyi sözə əməl edib. Belə ki, Alessandro bu yaşadək heç vaxt meydana ayaq basmamış nənəsinə oyunun izləməyə gələcəyi halda qol vuracağına dair söz verib. Elə matçın 13-cü dəqiqəsində futbolçu necə deyərlər ayağına düşən fürsəti əldən vermiyib.

 

Mənbə: ANS PRESS 

23 sentyabr 2014
GO BACK