Qadin.NET / Girovlar necə qaytarıldı?

Girovlar necə qaytarıldı?

 

Girovlar necə qaytarıldı?
İŞİD bayrağı artıq Türkiyə sərhəddində! Türkiyə mətbuatı həyəcanlı xəbərlər yayır. ANS TV-nin məlumatına görə, Türkiyə tərəfi 49 girovları geri qaytarana qədər İŞİD-in bu vaxta qədər girov götürmə əməliyyatlarını analiz ediblər. Əməliyyatlarla bağlı çox məlumatlar yayılıb.Amma bu işdə dəqiq bilinən odur ki, əməliyyata Türkiyə Kəşfiyyat İdarəsi, başda Hakan Fidan olmaqla heç bir ölkənin kəşfiyyatının köməyi olmadan, silahlı insident yaşanmadan ancaq müxtəlif kanallar vasitəsilə uzun çəkən danışıqlar nəticəsində mümkün olub.Məlumata görə son iki gündə aparılan danışıqlar daha da artaraq, girovların geri qaytarılması yolunda ilk müsbət cavablar alınmağa başlayıb. Amma buna baxmayaraq, hər an silahlı atışma olacağı halda, xüsusi qüvvələr 24 saat ərzində hazır vəziyyətdə dayanıb. Diplomatların girov götürülməsindən sərbəst buraxılacağı günə kimi onlarla görüntülü əlaqə yaradılmış və heç vaxt bu əlaqə kəsilməmişdi. Türkiyə kəşfiyyatı girovları elektron izləmə, ərazidəki kəşfiyyatçılar, siqnal kəşfiyyatı və peyk vasitəsilə nəzarətdə saxlayıb.49 diplomat 101 gün ərzində 8 dəfə yer dəyişdirmiş və hər dəfə onların yeri məlum olub. Girovların qaytarılması ilə bağlı digər bir məlumatda isə bildirilir ki, Türkiyə tərəfi İŞİD qruplaşmasına külli miqdarda pul ödəyib. Amma Türkiyə Milli Kəşfiyyat idarəsi bu fikri tam təkzib edərək İŞİD tərəfi ilə bu barədə heç bir danışığın olmadığını bildiriblər.
İraqda girovları alan Türkiyə xüsusi xidmət orqanları diplomatların Suriyaya, oradan isə vətənlərinə gətiriblər. Türk diplomatları ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, girovların 101 gün ərzində heç bir təhriklərə uymadığına və möhkəm iradə göstərdiyinə görə təşəkkür edib. Prezident 49 diplomatına görə İŞİD-ə qarşı yaradılan koalisiyaya qoşulmadığını əlavə edib."Bu əməliyyatın uğuru MİT-in (Milli Kəşfiyyat İdarəsi) məharətidir. Burada dəyişiklik oldu-olmadı, nəticədə 49 vətəndaşımız sağ-salamat geri qayıdıb. Bİzim 49 vətəndaşımızı heç nə ilə dəyişmək mümkün deyil. Bunun üstündə durmalıyıq. Onlar artıq ölkələrinə gəlib və ailələrinə qovuşublar. Bu əməliyyatda əməyi olan hər bir kəsi təbrik edirəm”, deyə Ərdoğan bildirib.
İŞİD-in türk diplomatlarını101 gün girov saxladığı Mosul şəhəri qruplaşmanın əlində olan tək ərazi deyil. Ümumilikdə İraq ərazisi özlüyündə bir neçə qruplaşmanın bir-birilə döyüşdüyü əraziyə çevrilib. Bir tərəfdən İraqın əsas şəhərlərini ələ keçirən İŞİD qruplaşması, digər tərəfdən İŞİD-in əsas mübarizə apardığı, bir sıra əraziləri ələ keçirən kürdlər və iraq hökümətinin idarəçiliyində olan paytaxt Bağdad da daxil olmaq iri şəhərlərdə döyüşlər gedir.
Mənbə: ANS PRESS 

 

23 sentyabr 2014
GO BACK