Rəsmi sənədi olmayan torpaq sahələri dələduzlar üçün daha gəlirli yerdir. Onlar əmlakın ilkin sənədlərinin sürətini çıxardaraq bu işləri görürlər.ANS TV-nin məlumatına görə, Sumqayıt şəhər Corat qəsəbəsində torpaq sahəsi alan Azər Hacıbalayev də belə bir problemlə üzləşib. Adına aldığı torpaq sahəsinin başqa bir sahibinin olduğunu öyrənib. Həmin şəxsə torpağın kadastr planı çəkilərkən bu ərazinin ora düşdüyünü iddia edib. Elə o gündən müsahibim məhkəmə qapılarında qalıb.Dələduzluğa yol verənlərlə bağlı artıq Sumqayıt rayon Prokurorluğunda araşdırmalar da aparılır. Düzdür dəfələrlə bu cür fırıldaqçılara qarşı cinayət işi açılıb. Lakin bu da problemin həlli yolu deyil. Yəni dələduzluğa yol verənlər tutularaq həbs olunsalar da vətəndaşa dəyən maddi ziyan ödənilmir. Hər iki halda əziyyət çəkən vətəndaş olur. Torpağın bələdiyyələr, hüquqi və fiziki şəxslər dövlətdən alındığını deyən ekspertlər bütün hallarda vətəndaşları diqqətli olmağa çağırır. İlk növbədə vətəndaş torpaq sahəsi alarkən müqavilənin şərtələri ilə tanış olmalı və hər iki tərəfin vəzifə və öhdəliklərini bilməlidir. Ekspertlər dövlət reysterindən çıxarışı olmayan torpaqların alınmasını məsləhətli bilmir. O cümlədən bələdiyyə sənədi ilə də torpaq alınmasını riskli hesab edirlər. Ona görə də dələduzların qurbanı olmamaq üçün vacib şərtlərə əməl etməyi tövsiyyə edir.Ümumilikdə isə torpaq alqı satqısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinə aid məsələdir. Komitə hərrac keçirilmədən torpağın satılması, sənədləşdirilməsini qanuna zidd hesab edir. Çünki məhz belə hallarda dələduzluq halları da hədsiz sayda çoxalır.
Mənbə: ANS PRESS