Qurbanlıq heyvanların satışı təşkil ediləcək.
ANS PRESS-in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata görə, Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə qurbanlıq heyvanların satışı təşkil ediləcək. Satış İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə təşkil ediləcək.
Belə ki, satış yerlərində bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil olunacaq.
Satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.