Qadin.NET / "Ebola" virusundan 3 gün ərzində 70 nəfər öldü

"Ebola" virusundan 3 gün ərzində 70 nəfər öldü

 

Syerra-Leonedə tətbiq edilən təcrid rejiminin üç günü ərzində ən azı 150 nəfər "Ebola" virusuna yoluxub, 70 nəfər isə ölüb.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Frans Press-ə Operativ Qəza Mərkəzinin rəhbəri Stiven Qaocia bildirib.
O qeyd edib: "Nisbətən daha çox meyit dəfn etmək lazımdır. "Ebola" virusu baş qaldırandan bəri hər gün belədir… Hazırda bizdə ən azı 150 yeni yoluxma halı var".
Sentyabrın 19-da ölkə hakimiyyəti sakinlərə 3 gün ərzində evlərini tərk etməyi qadağan edib. Müddət başa çatdıqdan sonra bunun ölkədə virusun yayılmasının qarşısını ala bildiyi elan edilib. Təcrid müddəti uzadılmayacaq.
S.Qaocia agentliyə bildirib ki, hakimiyyət zərurət yaranacağı halda təcrid rejimini təkrarlaya bilər.
Qeyd edək ki, "Ebola" virusu Qərbi Afrika ərazisində sürətlə yayılmaqda davam edir. Hazırda yoluxma halı Liberiyada, Syerra-Leonedə, Qvineyada, Nigeriyada, Konqo Demokratik Respublikasında və Seneqalda qeydə alınıb. Virusdan ölüm 53 faiz təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Ebola" virusunun qurbanlarının sayı 2,6 mindən çoxdur, ümumilikdə xəstəliyə 5,3 mindən çox adam yoluxub.

Mənbə: Milli.Az

 

22 sentyabr 2014
GO BACK