Britaniyada çoxsayda sarışınlar qanunsuz elan edilə bilərlər.
ANS PRESS-in məlumatına görə, terrorizmlə mübarizə ilə əlaqədar saç boyalarından məhrum edə bilərlər.
Açıq rəngli saça sahib olmaq Britaniyada qeyri-qanuni ola bilər. Parlamentin yeni təklifinə əsasən, indi pergidrol və başqa rəng açıcı maddələri yalnız şəxsiyyəti təsdiq edən sənəd və şəkil olduqdan sonra əldə etmək olar.
Belə qəfil qanundan təəccüblənən mətbuat sarışınları məsxərəyə qoymağı da unutmadı: “Görəsən, bu qanunu eşidən Merlin Monro özünü necə hiss edərdi? Bəs onun davamçıları Aqness Deyn və Qven Stefani nə etsinlər?”
Britaniyalı deputatlar bildiriblər ki, belə bir normanın qəbul edilməsi Avropanın antiterror qanunvericiliyinin bir hissəsidir. İş orasındadır ki, perhidrol həm də partlayıcı maddələrin hazırlanmasında reaktiv maddə kimi istifadə oluna bilər.
Xatırladaq ki, 2005-ci ildə London metrosunda baş verən partlayışda da bu növ partlayıcı vasitədən istifadə olunmuşdu. Partlayış nəticəsində 50-dən çox insan həyatını itirmişdi.
Mənbə: ANS PRESS