Qadin.NET / Hava kəskin soyuyur

Hava kəskin soyuyur

 

Hava kəskin soyuyur

Sentyabrın 25-dən ölkə ərazisində hava kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev ANS PRESS-ə bildirib ki, havanın temperatur 5-10Лљ enəcək, yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək.
Sentyabrın 24-də havanın temperaturu 33 dərəcəyə kimi yüksəlsə də, bir gün sonra temperatur 20 dərəcəyə düşəcək. 
Belə qeyri-sabit hava şəraitinin sentyabr ayının 25-26-da davam edəcəyi gözlənilir.
A.Verdiyevin sözlrinə görə, sentyabrın 23-ü axsamdan başlayaraq 24-ü gündüzə kimi cənub-qərb küləyi güclənəcək. 24-də axsama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Sentyabrın 25-də isə güclü küləkli hava davam edəcək. 
Mənbə: ANS PRESS

 

22 sentyabr 2014
GO BACK