Qadin.NET / Hava yenidən isinir

Hava yenidən isinir

Sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər hava şəraitinin tutqun olacağı ehtimal edilir.
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də gecə və səhər hava şəraitinin tutqun olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, günün ikinci yarısında isə dəyişkən buludlu keçəcəyi ehtimal olunur. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 23-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı, hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.

Mənbə: ANS PRESS 

22 sentyabr 2014
GO BACK