Qadin.NET / Sabah azərbaycanlı zəvvarların ilk qrupu ziyarətə yola düşəcək

Sabah azərbaycanlı zəvvarların ilk qrupu ziyarətə yola düşəcək

 

Azərbaycanda ilk mərhələdə həcc ziyarətinə yola düşəcək zəvvarların sayı açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsindən APA -ya verilən məlumata görə, sentyabrın 23-də ilk olaraq 375 zəvvar yola çıxacaq.
Artıq zəvvarların qruplara bölgüsü başa çatıb və hər qrupda 40-42 zəvvar var. Zəvvarlardan ibarət ilk təyyarə sentyabrın 23-dən 24-nə keçən gecə, saat 01.40 dəqiqədə Bakıdan ayrılacaq. Artıq Səudiyyə Ərəbistanında bütün təşkilati məsələlər həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və otellər icarəyə götürülüb, zəvvarların nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub. Gediş mərhələləri 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərinə nəzərdə tutulub. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.
Qeyd edək ki, ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Təklif olunan qiymətlər ötənilki qiymətlərlə eynidir. Bu il Azərbaycanda həcc ziyarətinə 4 minə yaxın zəvvarın getməsi nəzərdə tutulur.

Mənbə: Milli.Az

 

22 sentyabr 2014
GO BACK