Qadin.NET / Azərbaycanda sürət qatarı görəcəyikmi?

Azərbaycanda sürət qatarı görəcəyikmi?

 

Dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, inkişaf etmiş ölkələrdə yüksək sürətli qatar marşrutları mövcuddur. Yaponiya, Fransa, Çin, İspaniya, İtaliya, İngiltərə, Belçika və Rusiyada belə qatarlar var. 

Həmin qatarlar adi dəmiryol xətlərində adətən 240-460 km/saat, maqnit asmalarda isə 580 km/saat sürətlə hərəkət edir. 
Rusiyada 2009-cu ilin dekabrından bəri Moskva və Sankt-Peterburq şəhərləri arasında "Sapsan" qatarı hərəkət edir. 2010-cu ilin iyul ayında isə Moskva-Nijni Novqorod-Moskva marşrutu ilə 240 km/saat sürətlə hərəkət edən qatar istifadəyə verilib. 
Bəs Azərbaycanda necə, belə sürət qatarları olacaqmı? 
Milli.Az Day.Az-a istinadən bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC hazırda dəmiyollarının rekonstruksiyası və qatarların hərəkət rejimini 140 km/saat sürətə çatdırmaqla məşğuldur. 
Qurumun sərnişin daşımaları departamentinin rəhbəri Elyar Muradovun dediyinə görə, yaxın perspektivdə ölkədə yüksək sürətli qatarların istifadəyə verilməsi nəzərdə tutulmayıb. 
"Belə qatarların işə salınması üçün müvafiq infrastruktur gərəkdir. Burada söhbət alternativ yolların inşasından gedir. İlk növbədə yalnız yüksək sürətli qatarlar üçün nəzərdə tutulmuş ayrıca dəmir yolları tikilməlidir. Həmin yollarda yük daşımaları olmur. Alternativ yolların nə zaman inşa olunacağı və ümumiyyətlə, onların inşa edilib-edilməyəcəyi barədə məndə məlumat yoxdur", - E.Muradov dedi.
Mənbə: Milli.Az

 

22 sentyabr 2014
GO BACK