Qadin.NET / "iPhone" 6-nın Azərbaycandakı qiyməti

"iPhone" 6-nın Azərbaycandakı qiyməti

Yeni "iPhone" 6 Azərbaycanda satışa çıxarılıb.ANS PRESS-in məlumatına görə, artıq yeni "Apple" məhsulları paytaxt mağazalarında müştərilərə təqdim olunub.Qiymətləri təxmin ediləndən də yüksək olan "iPhone" 6 telefon həvəskarlarına 1695 manata təklif olunur.Qeyd edək ki, “Apple” şirkəti ekran diaqonalı 4,7 və 5,5 dyüm olan iki yeni smartfon modeli nümayiş edib. Yeni "iPhone" 8 meqapiksellik kamera ilə təchiz olunub. Telefonun prosessoru Dual-core 1.4 GHz (Apple A8, 64-bit) + M8 coprocessor ilə təmin olunub. Bir çox yeni dəyişiklikləri ilə bazara çıxarılan telefonlar ABŞ-da 19 sentyabrdan etibarən satışa çıxarılıb.

Mənbə: ANS PRESS 

22 sentyabr 2014
GO BACK