Qadin.NET / Dünyanın sonunun yeni tarixi

Dünyanın sonunun yeni tarixi

Alimlərin Yer kürə

Dünyanın məhv olacağı tarix haqqında müzakirələri davam edir. ANS PRESS-in məlumatına görə, bu dəfə uzaqgörən rolunda amerikalı alimlər çıxış ediblər. Onların fikrincə, bəşəriyyətin məhv olacağı tarix 16 mart 2880-ci ildir.
Mütəxəssislərin hesablamalarına görə, məhz həmin gün Yer kürəsinə nəhəng asteroid çırpılacaq və dünyanın sonu çatacaq. “Qatil-obyekt”ə hətta ad da veriblər – 1950 DA.Əgər toqquşma baş verərsə, partlayışın gücü 45 min meqaton trotilə bərabər olacaq. "The Daily Mail"in məlumatına görə, toqquşma nəhəng partlayışa və sunamiyə səbəb olacaq. Nəticədə Yer kürəsinin iqlimi dəyişəcək və insanlar məhv olacaq
Xatırladaq ki, sonuncu dəfə dünyanın sonu kimi 21 dekabr 2012-ci il göstərilirdi. Bir müddət sonra isə şotland alimləri dünyanın sonunu “təxirə saldılar”. Sent-Endrüs universitetinin proqnozlarına görə, Yer kürəsindəki canlılar milyard ildən tez məhv olmayacaqlar.

Mənbə: ANS PRESS 

22 sentyabr 2014
GO BACK