Avstraliyanın Kerns şəhərində Böyük 20-lik ölkələrinin maliyyə nazirləri və qrupun mərkəzi banklarının nümayəndələri səviyyəsində zirvə toplantısı baş tutub. İclasda qlobal iqtisadi inkişaf məsələləri əsas müzakirə mövzusu olub. İclas zamanı nazirlər hazırkı inkişaf sürəti ilə dünya iqtisadiyyatın 2018-ci ilə qədər 1.8 faiz genişlənəcəyinə inandıqlarının bildiriblər. İclasda inkişafı təmin etmək üçün 1000-ə yaxın təklif irəli sürülüb.Hazırda Avropadakı iqtisadi çətinliklə qlobal iqtisadi inkişaf yolunda əsas əngəllərdən biri kimi göstərilib.“Qarşıdakı 5 ildə qlobal iqtisadiyyatı 2 trilyon dollar məbləğində genişləndirməyi planlaşdırıq” - deyə Avstraliyanın dövlət xəzinadarı Co Hoki qeyd edib.İclasda irəli sürülən təkliflər arasında özəl sektorun inkişafına daha çox önəm verilib. Rəsmilər yeni iş yerlərinin açılması və iqtisadi infrastrukturun yaxşılaşdırılmasını inkişafın əsas təminatçısı adlandırıblar.
Mənbə: ANS PRESS