Çoxları tərəfindən prezident Putinin əsas siyasi rəqibi sayılan Mixail Xodorkovski həbsdən azadlığa çıxıdığı müddətdə ilk dəfə olaraq prezidentlik vəzifəsinə iddialı olduğunu etiraf edib.ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın “Le Monde” qəzeti xəbər verib.Parisdə qəzetin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edən “YUKOS” şirkətinin keçmiş rəhbəri sualları cavablandırarkən "böhrandan çıxmaq üçün" Rusiya prezidenti vəzifəsini tutmağa hazır olduğunu bəyan edib.Əvvəllər Xodorkovski siyasi ambisiyaların olmadğnı vurğulayırdı.Xodorkovski ölkəsində konstitutusiya islahatına ehtiyac duyulduğunu deyib: "Rusiya normal inkişaf etsəydi, prezidentlik vəzifəsinə marağ göstərməzdim".51 yaşlı Xodorkovski hesab edir ki, Rusiyada prezident səlahiyyətlərinin bir hissəsi məhkəmə hakimiyyəti, parlament və vətəndaş cəmiyyətinə ötrürülməlidir."…Bohrandan çıxmaq, konstitusiya islahatı keçirmək üçün lazım gələrsə prezident olmağa hazıram"- deyə axır ki, Xodorkovski ondan tərəfdarlarının gözlədiyi cavabı səsləndirib.Prezident Putinin mətbuat katibi Dmitri Peskov "KommersantFM" radiostansiyasının efirində YUKOS-un keçmiş rəhbərinin sözlərini şərh etməyə ehtiyac görmədiyini deyib.1990-çı illərin sonlarında Mixail Xodorkovski Rusiyanın ən zəngin biznesmeni sayılırdı, lakin Kremli qəzəbləndirdikdən sonra vergidən yayınma və fırıldaqçılıqda ittiham olunaraq 10 il müddətinə həbsə alınmışdı. 2013-cü ilin dekabrın 20-də prezident Putin YUKOS-un keçmiş rəhbərini əhv edib.Xodorkovskinin siyasi məhbus olduğu aydın sezilsədə, qarışıqlıq dövründə çox az müddətə qazandığı milyardlar hökümətin bəhanəsinin doğru mənbəyə yönəldiyinə işarədir.
Mənbə: ANS PRESS