Qadin.NET / Suriyadan Türkiyəyə dünən 66 mindən çox qaçqın keçib

Suriyadan Türkiyəyə dünən 66 mindən çox qaçqın keçib

 

Suriyadan Türkiyəyə dünən 66 mindən çox qaçqın keçib

Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərindən Türkiyəyə sığınan qaçqınları Şanlıurfa vilayətində məktəblərə yerləşdirilib. 
ANS PRESS-in məlumatına görə, ötən gün 66 mindən çox suriyalı sərhəd-buraxılış məntəqəsində qeydə alınıb. Qaçqınların əksəriyyəti, Kobanidə İŞİD zorakılıqlarına məruz qalan insanlar olub.
Qaçqın suriyalılar Türkiyə sərhədlərini keçməyə çalışarkən İŞİD silahlıları tərəfindən təqdib olunduqlarını və başlarına bomba yağdığını, dəhşətli anlar yaşadıqlarını bildiriblər.
Məlumata görə, İŞİD silahlıları hazırda Kobanidə 20 kəndi nəzarət altında saxlayır.
Ümumilikdə, Türkiyədə 850 mindən çox suriyalı qaçqın qeydiyyatdadır.

Mənbə: ANS PRESS

 

21 sentyabr 2014
GO BACK