Ermənistanda hava sərnişindaşıma ekspertləri bildirirlər ki, ölkə vətəndaşları Ermənistanda yox, Gürcüstanda təyyarəyə oturmaq üçün tez-tez qonşu ölkəyə gedirlər.
ANS PRESS-in məlumatına görə, ekspertlər bu halı aviabiletlərə olan bahalaşdırılmış qiymətlə əlaqələndirirlər. "Armenia-news" portalı bildirir ki, İrəvandan Moskvaya bilet 10260 rubla (210 AZN) başa gəlirsə, eyni yol Tiflisdən 8690 rubl (170 AZN) edir. Bu 7,8 faiz az deməkdir ki, kasıb erməni vətəndaşları üçün əsaslı rəqəmdir.
Qeyd edək ki, Ermənistan milli aviasiya assosiasiyası prezidenti Dmitriy Adbaşyan biletlərin bahalığını uçuşların az olması ilə əlaqələndirib. Bu göstəriciləri digər ölkələrlə müqayisə etsək ermənilər ən çox üz tutduqları Moskvaya getmək üçün 2-3 dəfə çox pul ödəyirlər.