Qadin.NET / Küçəyə çıxmaq qadağan edildi

Küçəyə çıxmaq qadağan edildi

 

Küçəyə çıxmaq qadağan edildi

Son zamanların ölümcül xəstəlikləri arasında yer alan Ebola epidemiyası təhlükəsi səngimək bilmir.
ANS PRESS-in məlumatına görə, Qərbi Afrikada xüsusilə dəhşətli bir vəziyyət halına çatan ölümcül virus səbəbilə Syera Leonda 4 gün əhaliyə küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. Beləliklə 6 milyon insanın evdən çölə çıxmasına qadağa qoyulub.
Ebola xəstəliyindən ən çox əziyyət çəkən üçüncü ölkə olan Syera Leonda bu vaxtadək 550 nəfər bu virusun qurbanı olub. Ölkədə hazırda virusun yayılmasının qarşısını almaq və daha çox insana keçməməsi üçün bir sıra tədbirlər görülür. 
Evlərindən çıxmaması tapşırılan əhalini bir-bir ziyarət çəkməyi planlaşdıran könüllü qruplar və səlahiyətli nümayəndələr onlara xəstəlik barəsində məlumatlandırdıqdan sonra sabun da verəcəklər.

Mənbə: ANS PRES

 

21 sentyabr 2014
GO BACK