Qadin.NET / Elm daha xeyirlidir, yoxsa var-dövlət?

Elm daha xeyirlidir, yoxsa var-dövlət?

 

Məsciddə Hz.Əlinin(ə) dövrəsində xeyli adam yığışmışdı. Bir kişi məscidə daxil olur və münasib fürsət tapan kimi Hz.Əlidən(ə) soruşur:
- Ya Əli! Elm daha xeyirlidir, yoxsa var-dövlət?
Hz.Əli(ə) cavab verir ki, elm daha xeyirlidir. Çünki elm peyğəmbərlərin(ə) mirasıdır amma var-dövlət isə Qarunun, Fironun, Həmanın və Şədadın mirasıdır.
Sualı verən şəxs sualına cavabı təzə almışdı ki, başqa bir nəfər məscidə daxil oldu və Hz.Əliyə(ə) müraciətlə deyir ki, ya Əbəlhəsən, bir sualım var ki, icazənizlə söyləyərdim. Hz.Əli(ə) icazə verir və həmin şəxs Hz.Əlidən(ə) soruşur: 
- Ya Əli! Elm xeyirlidir, yoxsa var-dövlət? 
Hz.Əli(ə) cavab verir ki, elm daha xeyirlidir. Çünki elm səni qoruyur. Amma malda isə tərsinədir. Sən məcbur onu qorumalısan.
Cavabını almış şəxs dayandığı yerdəcə təzəcə əyləşirdi ki, başqa bir nəfər məscidə daxil olur və Hz.Əlidən(ə) eyni şeyi soruşur ki, Hz.Əli(ə) belə cavab verir:
Elm daha xeyirlidir. Çünki alim adamın dostu çox olar, varlı adamın isə düşməni. 
İmam(ə) sözünü təzə tamamlamamışdı ki, dördüncü adam məscidə daxil olur, dostlarının yanında əyşləşir və əsasını qabağına qoyaraq Hz.Əlidən(ə) soruşur:
- Ya Əli! Elm daha xeyirlidir, yoxsa var-dövlət? 
Hz.Əli(ə) cavab verir ki, elm daha xeyirlidir. Çünki maldan infaq edəndə azalır amma elmdən infaq etdikdə yəni başqalarına öyrətdikdə daha da artır. 
İmam(ə) suala cavab verirdi ki, başqa bir nəfər məscidə daxil olur və məscidin sütununa söykənir. İmam(ə) sözünü tamamlayan kimi eyni sualı bir də Hz.Əliyə(ə) verir. Hz.Əli(ə) cavabında buyurur: 
Elm daha xeyirlidir. Çünki camaat varlı şəxsi paxıl hesab edir. Amma alim adamı əzəmətlə yad edir. 
Elə bu zaman başqa bir nəfər məscidə daxil olur ki, camaatın hamısı nəzərini ona yetirir. Camaatdan biri deyir ki, əminəm ki, bu da eyni şeyi yəni elmin yaxud var-dövlətin xeyirli olmasını bilmək istəyir. Bunu demişdi ki, həmin şəxs bir qıraqda əyləşərək üzünü Hz.Əliyə(ə) tutaraq deyir: 
- Ya Əli! Elm xeyirlidir, yoxsa var-dövlət? 
İmam(ə) cavab verir ki, elm daha xeyirlidir. Çünki var-dövlətin oğurlanmaq ehtimalı var amma elm barədə belə bir ehtimal yoxdur. 
Camaat arasında pıçhapıç başlayır ki, bəs görəsən bu gün nə olub ki, çatan soruşur ki, elm xeyirlidir yaxud var-dövlət. Pıçhapıç edən camaatın birdən nəzəri Hz.Əliyə(ə) və məscidə təzə daxil olmuş şəxsə düşür. Həmin şəxs Hz.Əlidən(ə) soruşur:
- Ya Əli! Elm xeyirlidir, yoxsa var-dövlət? 
İmam(ə) cavabında buyurur ki, elm daha xeyirlidir. Çünki zaman keçdikcə mal köhnəlir amma elm köhnəlmir.
Elə bu zaman başqa bir nəfər məscidə daxil olaraq özündən qabaq yeddi nəfərin verdiyi sualı təkrar edir ki, Hz.Əli(ə) onun da cavabında buyurur ki, elm daha xeyirlidir. Çünki var-dövlət ölüncəyə qədər sahibi ilə olar. Amma elm həm bu dünyada və həm o dünyada onunladır. 
Camaat baş verəndən və Hz.Əlinin cavablarından heyrət içində olduqları zaman digər bir şəxs məscidə daxil olur və Hz.Əlidən(ə) soruşur: 
- Ya Əli! Elm xeyirlidir, yoxsa var-dövlət? 
Hz.Əli(ə) cavab verir ki, elm daha xeyirlidir. çünki var-dövlət insanın qəlbini qəddar edir amma elm insanın qəlbini nuraniləşdirir. 
Heyrət içində olan camaat sanki onuncu şəxsin intizarında idi ki, bir nəfər uşağın əlindən tutmuş halda məscidə daxil olur. Camaatın nəzərlərilə həmin şəxs bir yerdə əyləşir və əlindəki xurmaları uşağın ətəyinə tökür. Camaat artıq mövzunun tamam olduğunu fikr etdikləri zaman həmin şəxs üzünü Hz.Əliyə(ə) tutaraq deyir: 
- Ya Əli! Elm daha xeyirlidir, yoxsa var-dövlət? 
Camaat təəccübdən bilmirdi nə etsin ki, Hz.Əli(ə) həmin şəxsin cavabında buyurur ki, elm daha xeyirlidir. Çünki sərvətli şəxs təkəbbürlü olar. Hətta allahlıq iddiası da edər. Amma alim şəxs təvazökar olar. 
İmam sözünü təzə bitirmişdi ki, camaat heyrətini gizlədə bilməyərək bərkdən fikir bildirməyə başlayır. Bu zaman sual verən şəxslər məscidi tərk edirlər. Onlar məscidi təzə tərk etmişdilər ki, Hz.Əlinin(ə) səsi eşidilir ki, belə buyurur: 
- Əgər dünyanın bütün insanları bu sualı ayrı-ayrılıqda mənə versəydilər hər birinə digərindən fərqli cavab verərdim.
Mənbə:Milli.Az

 

21 sentyabr 2014
GO BACK