Qadin.NET / Qurban bayramında İŞİD-dən təhlükə

Qurban bayramında İŞİD-dən təhlükə

 

Qurban bayramında İŞİD-dən təhlükə

Qurban bayramı ərəfəsində Türkiyəni böyük təhlükə gözləyir. 
ANS PRESS-in “samanyolu”na istinadən verdiyi məlumata görə, özünü İraq Şam İslam Dövləti kimi qələmə verən terrorçu təşkilat üzvləri Türkiyədə heyvan qaçaqmalçılığı ilə məşğul olurlar. Təşkilat üzvləri diri heyvanları oğurlayaraq tələf edirlər.
Bundan əlavə, İŞİD üzvləri xəstə və virus daşıyıcısı olan iri və xırda buynuzlu heyvanları Türkiyə ərazisinə keçirirlər. Onlar həmin heyvanları rahatlıqla Türkiyədə heyvan bazarına keçirə bilirlər.
İŞİD üzvləri həmin heyvanları satmaqla insanlar arasında yoluxucu xəstəliyi yaymaq istəyirlər. İddialara görə, İŞİD Türkiyəyə ayda 15 min baş xəstə heyvan keçirir.

Mənbə: ANS PRESS

 

20 sentyabr 2014
GO BACK