Müəllim olmaq arzusu ilə gecə-gündüz oxuyanlara şad xəbərimiz var.
ANS PRESS-in məlumatına görə, müəllim ixtisasına yiyələnmək istəyənlərin sayı ildən-ilə azaldığından Təhsil Nazirliyi qərar qəbul edib.
500-dən çox bal toplayanlara və müəllim ixtisasını 1-ci və 2-ci göstərən ilk 300 tələbəyə I kursdan başlayaraq hər ay 100 AZN təqaüd veriləcək.
Bu qədər bal toplayan abituriyentlərin sayı 600-dən çox olsa da, onların arasından daha çox bal toplayanlar seçildib.
Nazirliyin bu addımı müəllim peşəsinə marağın artmasına hesablanıb.
Mənbə: ANS PRESS