Qadin.NET / Vaşinqtondan Serjə pis xəbər

Vaşinqtondan Serjə pis xəbər

Ermənistan prezidneti Serj Sarkisyan Vatikana səfəri zamanı xristian dininə aid fotosərgidə iştirak edib. Ekspozisiyalarla tanışlıqdan sonra o yenə Azərbaycanı planlaşdırılmış şəkildə erməni mədəni irsini dağıtmaqda ittiham edərək hücuma başlayıb. Görünür o, qəbristanlıq və xaçkarları nəzərdə tutub. Sarkisyan hətta beynəlxaq ictimaiyyəti də tənqid hədəfinə çevirib. Onun fikrincə, beynəlxalq ictimaiyyət bu məsələyə lazımı diqqət ayırmır. Ermənistan rəhbərinin çıxışı şahmatçıların dili ilə desək ev tapşırığı olub. Bu yolla o Qarabağ münaqişəsinə dini çalar qatmaq istəyib. Amma biz, xristianlar sizinləyik, müsəlmanlar bizə hücum edirlər. Və əlbəttə ki, Sarkisyan bununla dəstək almaq istəyib. Sarkisyan, yumşaq desək yalan danışır. O, əli qana batmış terrorçudur. O, Azərbaycanın Xocalı şəhərində törədilən qətliamdan xəbərdar olub, hərtta bəlkə də bunu özü planlaşdırıb. Burada uşaqlar, qadınlar, yaşlılar əzab əziyyətlə öldürülüb. Ancaq Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlar sayəsində dünya bu faciədən xəbər tutub.
Vatikanda insanlıqdan danışan Sarkisyan özü xristianlığın əsas ehkamını- "öldürmə" tezisini pozub. Onun əmri ilə təkcə insanları öldürməyiblər, həm də Şuşada görkəmli Azərbaycan ictimai xadimləri, şairlərinin abidələri gülləyə tutulub. Bakının mərkəzində bu gün müəyyən səbəblərə görə fəaliyyət göstərməyən erməni kilsəsi var. Binada bir cızıq belə yoxdur. Buna Azərbaycanın paytaxtı Bakıda səfərdə olarkən bütün ermənilərin katalikosu şəxsən şahid oldu. Bəs on milərlə Azərbaycan vətəndaşı olan erməninin bu gün burada rahat yaşayıb, işləməsi tolerantlıq deyil? S.Sarkisyanın son zamanlar nə üçün sürətli avtomat kimi çıxış etməsinin səbəbi aydındır. O, istəyir ki, onu Ermənistanda, Dağlıq Qarabağda, hətta əcnəbi diasporlar dinləyib "Afərin Serjik, gör necə də danışır" desinlər. Amma zamanə dəyişib. Bu gün istər prezident olsun, istər də adi işçini sözlərinə görə yox, işinə görə qiymətləndirirlər. Bu işlərdən isə Sarkisyanda demək olar ki, yoxdur və buna görə də  hamını - həm Ermənistandakıları, həm Dağlıq Qarabağdakıları, eləcə də başqa ölkələrdəki diasporları bezdirib. Bu günlərdə Vaşinqtondan da ona pis xəbər gəldi. Birləşmiş Ştatlar bildirdi ki, onlar rəsmi İrəvanın son zamanlar izlədiyi xəttdən çox məyus olublar. Ermənistan prezidentini ehtimal ki, artıq xristian dəstəyi də xilas etməyəcək. Çünki o özü bu dinin əsas qaydasını pozub. Allah buna görə, onu cəzalandıracaq. 

Mənbə: ANS PRESS

20 sentyabr 2014
GO BACK