Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bundan əvvəl xəbər yaymışdı ki, ölümcül virus olan Ebolanın qurbanları 2,6 min nəfərə çatıb, epidemiyadan hazırda əziyyət çəkənlər isə 5,3 min insandır.ANS PRESS-in məlumatına görə, təşkilatın son məlumatı isə sözün əsl mənasında həyəcanvericidir. Belə ki, ÜST-dən bildiririlər ki, ən pis ehtimalla hemorraqik yoluxma olan Ebolanın yayılma səviyyəsi hazırki, rəqəmdən 100 dəfə artıq ola bilər və 4 ay ərzində 2015-ci ilin yanvar ayına 550 min insana yoluxa bilər.Xəbər verilir ki, təşkilatın bu rəqəmləri elan edəcək təqdimatı gələn həftə ictimaiyyətə çatdırılacaq. Təqdimatda qeyd ediləcək ki, ölümcül virusun yayılmasının hazırki miqyasının qarşısının alınması yönündə heç bir iş görülməsə yalnız 6 ay ərzində virusa yoluxanların sayı yüz minlərə çatacaq.Hazırda BST virusun qarşısının alınması yönündə mümkün ssenarilərin hazırlanması üzrə işlər görür deyə təşkilatın nümayəndəsi qeyd edib.Xatırladaq ki, bu çərşənbə günü ABŞ prezidenti Barak Obama təsdiq edib ki, Ebola virusunun yoluxması nəzarətdən çıxıb və yoluxanların sayı isə on minlərə qədər çoxala bilər. Bundan əvvəl isə xəbər verilmişdi ki, ABŞ Ebola virusu ilə mübarizə qismində Afrikaya 3 minə yaxın əsgər göndərir. Daha sonra cümə axşamı günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusundan ölüən və yoluxma barədə yeni məlumatları dərc edib. Məlumatda deyilir ki, ilin əvvəlindəndən etibarən ən azı 2 622 nəfər bu xəstəlikdən həyatını itirib və artıq 5 335 nəfər Qərbi Afrikada bu virusa yoluxub.ÜST qeyd edir ki, epidemiyanın əsas mərkəzi Qvineya, Syerra-Leon, Liberiya, Nigeriya və Seneqal kimi afrika ölkələrindədir və onun tənəzzülə uğraması barədə heç bir əlamət yoxdur.Qeyd edək ki, Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb. Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili injeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən “Zmapp” vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur. Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib. Hazırda yoluxmada ölüm səviyyəsi 53% qiymətləndirilir və buna qarşı effekti vaksin hələki, mövcud deyil. Qeyd edək ki, BST xəstəliyin qarşısının alınması üçün eksperimental dərmanlardan istifadəyə icazə verib.
Mənbə: ANS PRESS