Qadin.NET / 2 minə yaxın müəllimin biliyi sınanacaq

2 minə yaxın müəllimin biliyi sınanacaq

 

2 minə yaxın müəllimin biliyi sınanacaq

Bu gün bəzi müəllimlər Sınaq Qiymətləndirilməsində iştirak edəcək.
Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, qiymətləndirmə Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində saat 11:00- da baş tutacaq. Sınaq qiymətləndirilmə saat 13:30- da başa çatacaq.
Ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla 1753 müəllim Sınaq Qiymətləndirilmədə iştirak edəcək.
Təhsil Nazirliyi bu gün Sınaq Qiymətləndirilməsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayıb.

Mənbə: ANS PRESS

 

20 sentyabr 2014
GO BACK