Qadin.NET / Azərbaycanda zəlzələ

Azərbaycanda zəlzələ

Azərbaycanda zəlzələ

 Azərbaycanın cənub regionunda zəlzələ meydana gəlib.AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, zəlzələ bu gecə yerli vaxtla saat 03:29:11-də (Qrinviç vaxtı ilə 22:29:11-də) Lənkərandan 18 km qərbdə Lənkəran ərazisində ərazisində qeydə alınıb. Zəlzələ episenterdə 4 bala yaxın, yaşayış məntəqələrində 3,4 bala qədər hiss olunub.Zəlzələ Masallıda da hiss olunub. Yerli əhalidən bəzilərinin baş verən yeraltı təkanlardan narahat olduqları və yuxularından oyanaraq bayıra qaçdıqları bildirilir. 

Mənbə: ANS PRESS

 

 

19 sentyabr 2014
GO BACK