Millətimiz müstəqillik əldə etdikdən sonra öz milli-mənəvi köklərinə qayıtmağa başladı, unudulan ənənələr bərpa olundu və dini mərasimlər azad şəkildə icra olunmağa başladı. Hazırda ölkə məscidlərində Qədir-Xum günü təntənəli surətdə qeyd olunur, müxtəlif ictimai təşkilatlar bayram tədbirləri keçirirlər. Bu bayramın ən gözəl ənənlərindən biri də möminlər arasında "qardaşlıq siğəsi"nin bağlanmasıdır. Möminlər bir birinin əlindən tutaraq əhd bağlayırlar ki, bir-birini qardaş kimi tanıyırlar, bir-birini tez-tez yad etməyi öz öhdəliyinə götürürlər və Qiyamət günü onlardan hansısısa Cənnətə gedərsə, digərilərinə də şəfaət edəcək. Qardaşlıq siğəsi, yəni qardaşlıq əhd-peymanının bağlanması Məhəmməd peyğəmbərin(s) Hz.Əli(ə) ilə bu cür əhdin bağlaması hadisəsindən xatirədir.