Qadin.NET / Şotlandiya müstəqilliyə "yox" dedi

Şotlandiya müstəqilliyə "yox" dedi

 

 

Şotlandiyanın müstəqilliyi haqqında referendum üzrə səslərin hesablanması başa çatıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Regionun 32 vilayətinin hamısında səslərin hesablanmasının nəticələrinə görə, şotlandların 55,3 faizi Birləşmiş Krallığın tərkibində qalmağa üstünlük verib. Müstəqilliyin lehinə seçicilərin 44,7 faizi səs verib. Referendumda iştirak göstəricisi 84,6 faiz olub.

Müstəqilliyin tərəfdarları yalnız Qlazqo, Dandi, Qərbi Dambartonşir və Şimali Lanarkşirdə qalib gəliblər.

Hələ referendumun son yekunları dərc olunmamış Baş nazir Aleks Selmond Şotlandiyanın Böyük Britaniyadan ayrılmasının əleyhdarlarının qalib gəldiklərini etiraf edib. Britaniyanın Baş naziri Devid Kemeron öz növbəsində şotlandların müstəqillik elan etməmək qərarını alqışlayıb.

Mənbə: Trend.Az

19 sentyabr 2014
GO BACK